waplog

“Effektiv kommunikasiya” mövzusunda təlimlər keçiriləcək


Şəmkirdə “Effektiv kommunikasiya”, “Komanda quruculuğu” və “Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri” mövzuları üzrə təlimlər təşkil olunacaq.
 
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkil etdiyi kurslar noyabrın 8-10-da reallaşacaq. “QHT-lərin İdarəetmə Akademiyası” (“QİDA”) payız sessiyası çərçivəsində baş tutacaq təlimlərdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla 30 nəfər  iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.
 
Qeyd edək ki, “QHT-lərin İdarəetmə Akademiyası”nın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL