waplog

Bakıda “DVB-T2” kommersiya televiziya yayımına gələn ilin ikinci yarısında başlanıla bilər


“B&B TV” şirkəti Bakıda “DVB-T2” kommersiya televiziya yayımına gələn ilin ikinci yarısında başlamaq niyyətindədir.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, gələn ildən layihənin həyata keçirilməsinə başlanılacaq.

“Biz Bakıda “DVB-T2” formatında işləyən yeni baza stansiyasını quraşdırmağı nəzərdə tuturuq. Stansiya Bakı və Abşeronun 95 faizini əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün bununla bağlı biz xarici banklarla danışıqlar aparırıq. Bizim tərəfdaşlar bu üsulla işləyirlər və biz artıq danışıqların birinci mərhələsini bitirmişik, yanvar ayında danışıqların ikinci mərhələsi başlayacaq. Mart ayından avadanlıqların sifarişi, iyul ayından isə  xidmətlərin tam istifadəyə verilməsi nəzərdə tutulub”, - deyə şirkətdə bildiriblər.

Xatırladaq ki, layihənin bir hissəsi, o cümlədən sosial televiziya yayım paketinin təqdim edilməsi dövlət hesabına maliyyələşdirilir. “B&B TV” isə avadanlıqların təchizatını, keyfiyyətli xidmətlərin təşkili, yeni billinq sisteminin alınmasını və s. məsələlərin həllini təmin edir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL