waplog

Bakıda Azərbaycan və Belarus arasında kommunikasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək


Bu gün Bakıda Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlıq komissiyasının səkkizinci iclası keçiriləcək.
Belarusun Azərbaycandakı səfirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə iştirak edəcək Belarus nümayəndə heyətinin tərkibinə ölkənin xarici işlər, arxitektura və tikinti, sənaye, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı və s. nazirliklərin rəhbərliyi daxildir.

İclasda ölkələr arasında birgə kooperasiya layihələrinin həyata keçirilməsi, elm, tikinti, təhsil, səhiyyə və aqrar sektoru  sahəsində əməkdaşlığın vəziyyəti və əməkdaşlıq perspektivləri məsələlərinə baxılacaq.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL