waplog

YUNESKO-nun baş direktoru: “Bilik və innovasiya davamlı idarəetmənin açarıdır”


Bilik və innovasiya davamlı idarəetmənin açarıdır. Əməkdaşlıq əlaqələri yeni ideyaların formalaşmasına gətirib çıxarır, innovativ həlləri sürətləndirir, əmək fəaliyyətinin yeni üsullarını dəstəkləyir. Səmərəli elmi nəticələrin əldə edilməsi məqsədilə bilik mübadiləsi aparmaq və daha güclü siyasət qurmaq lazımdır.
 
Bu fikri YUNESKO-nun baş direktoru İrina Bokova 10 noyabr - Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü münasibətilə müraciətində bildirib. İ.Bokova müraciətində qeyd edib ki, YUNESKO tərəfindən irəli sürülmüş və Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Pan Gi Munun rəhbərliyi ilə yaradılmış yeni Elmi Məsləhət Şurasının məqsədi elmlə siyasətin vəhdətinə nail olmaqdır:
 
 “Bizim əsas məqsədimiz sülh və davamlı inkişaf uğrunda elmin gücündən istifadəni genişləndirməkdir. İnkişaf və sülhün tərəfdarı olaraq birlikdə elm və siyasət arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə davam etməliyik”.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL