waplog

“Android” sistemli smartfon sahibləri “iPhone” istifadə etməyə başlayıb



“Apple” şirkəti tərəfindən yeni smartfon modellərinin buraxılması ilə istifadəçilərin getdikcə daha çox “iPhone” modelinə üstünlük verməsi nəticəsində “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı azalıb. Bu barədə “Consumer Intelligence Research Partners” şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrindən məlum olub.

Dörd yüz yeni “iPhone 5s” və “iPhone 5c” alıcısı arasında keçirilmiş sorğuda iştirak edənlərin 20 faizi keçmiş “Android” sistemli qurğu istifadəçisi olub, halbuki ötən il “iPhone 5” bazara çıxarıldıqdan sonra onların sayı 16 faiz təşkil edib. Bundan başqa, köhnə “iPhone” modellərini yeniləri ilə əvəzləmək istəyən istifadəçilərin sayı da artıb. Belə ki, bu göstərici 55 faizdən 65 faizədək yüksəlib.  

Şirkətin araşdırmasında o da qeyd olunur ki, “iPhone”a daha çox 18-24 və 25-34 yaşlı gənclər üstünlük verir.
Xatırladaq ki, sentyabrda analitiklər yeni “iPhone” modellərinin buraxılmasının “Android” sistemli smartfonların satış həcminə təsir etməyəcəyini bildiriblər, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL