waplog

Dekabrda İKT sahəsində beynəlxalq test imtahanının keçirilməsi müzakirə olunacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) informatika üzrə növbəti elmi-metodiki seminar keçirilib.
 
2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar keçirilən seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. TQDK-dan verilən məlumata görə, seminar iştirakçıları 2013-cü ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlilini aparıblar.
 
Təhlil zamanı bakalavrların cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına xüsusi diqqət yetirilib və bunun səbəbləri müzakirə olunub. İştirakçılar test tapşırıqları ilə bağlı digər fikir və mülahizələrini də bildiriblər. İş planına müvafiq olaraq dekabr ayında "İKT sahəsində beynəlxalq test imtahanının – "Iskills ETS (ABŞ-ın Təhsil üzrə Test Xidməti - Educational Testing Service)" keçirilməsi və müvafiq test tapşırıqlarının hazırlanması təcrübəsinin öyrənilməsi" mövzusu müzakirə olunacaq.
 
Növbəti seminarda 2013-cü ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (B, D variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL