waplog

“LTE” şəbəkələri dünyada 1240 abunəçi qurğusunu dəstəkləyir



Dünyada 1240 abunəçi qurğusu “LTE” şəbəkəsini dəstəkləyir ki, bunun da 680-i son ildə təqdim olunub. Bu barədə GSM Assosiasiyasının (GSMA) hesabatında deyilir.

Məlumata əsasən, bu qurğular “FDD” və ya “TDD” “LTE” standartı rejimində işləyir. Ən geniş kateqoriyanı smartfonlar təşkil edir (LTE-ni dəstəkləyən bütün qurğuların 455 ədədi və ya 36 faizi). LTE-smartfonların 99 faizi “3G” şəbəkəsini dəstəkləyir (HSPA/HSPA+ və ya EV-DO və ya TD-SCDMA standartları).

2013-cü ilin oktyabrına olan vəziyyətə görə, dünyanın 83 ölkəsində 22 kommersiya “LTE” şəbəkəsi işə salınıb və onların yarıdan çoxu son il ərzində istifadəyə verilib. Assosiasiya nümayəndələrinin proqnozlarına görə, ilin sonunadək 93 ölkədə 260 “LTE” şəbəkəsi fəaliyyət göstərəcək. Ən böyük şəbəkələrin ABŞ, Yaponiya, Cənubi Koreya və Avstraliyada qurulması gözlənilir.   

Daha çox yayılmış diapazon "LTE-1800” diapazonudur. Belə ki, 94 şəbəkə bu diapazonda işləyir, 412 qurğu şəbəkəni dəstəkləyir, - "IT Expert www.itexpert.org.ua” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL