waplog

“NASA” Marsa “MAVEN” peykini buraxıb



“NASA” noyabrın 18-də Marsa “MAVEN” (Mars Atmosphere and Volatile EvolutioN) peykini buraxıb. Bu barədə ABŞ Kosmik Agentliyinin saytında qeyd olunub.

“Atlas V” raket-daşıyıcısı Florida ştatının Kanaveral kosmodromundan yerli vaxtla 13:28-də ştat rejimində start götürüb. Peyklə ilk rabitə əlaqəsi buraxılışdan bir saat sonra – aparat Marsa müstəqil şəkildə uçmağa başlayanda qurulacaq.  

“MAVEN” Marsa təxminən on aydan sonra çatacaq, missiyanın müddəti ümumilikdə bir il üçün nəzərdə tutulub. Peyk planetin atmosferi və atmosferin itmə sürəti haqqında məlumatlar toplayacaq. Bu informasiyanın köməyi ilə alimlər əvvəllər Marsda iqlimin necə olmasını və planetdə göllərin tarixini müəyyənləşdirməyə çalışacaqlar.

Layihənin dəyəri 671 milyon dollar təşkil edib, - "Lenta www.lenta.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL