waplog

Türkiyədə kənd təsərrüfatında tətbiq olunan İT texnologiyaları nümayiş olunacaq


İnformasiya-kommunikasiya texnologiyaları bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatında da uğurla tətbiq olunmaqdadır. İKT-nin geniş tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq artıb, əlavə xərclər azaldılıb və eləcə də artıq əmək sərfiyyatı aradan qaldırılıb.
 
Bu sistemlərin daha da inkişaf etdirilməsi məqsədi ilə Türkiyənin Antalya şəhərində “Kənd təsərrüfatı avadanlıqları və texnologiyaları sərgisi” keçiriləcək.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib. Konfederasiyadan bildirilib ki, sərgi 02-05 dekabr 2013-cü il tarixlərində Antalya İxracatçı Birlikləri Baş katibliyinin təşkilatçılığı ilə düzənlənəcək. Sərgidə iştirak güzəştli şərtlərlə təklif olunur: “Maraqlı şəxslər bunun üçün ASK-ya  “pr_dep@ask.org.az” e-mail ünvanı vasitəsilə müraciət edə bilərlər”.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL