waplog

“Acer”in rəhbəri dəyişdi


 “Acer” şirkətinin Direktorlar Şurası yüksək rəhbərlikdə yerdəyişmələrin aparılmasını açıqlayıb.
Noyabrın əvvəlində qeyri-qənaətbəxş iş nəticələri ilə əlaqədar olaraq şirkət Direktorlar Şurasının rəhbəri Cey Ti Vanqı istefaya göndərməyə məcbur olub. 1 yanvar 2014-cü ildən etibarən onun yerinə “Acer” prezidenti Cim Vonqun təyin olunacağı bildirilib. Cey Ti Vanq idarə heyətinin rəhbəri vəzifəsini gələn ilin iyununadək icra etməli idi.  

Lakin indi Direktorlar Şurası “Acer” yaradıcısı Sten Şini idarə heyətinin sədri və müvəqqəti korporativ prezident vəzifəsinə təyin edib və o, həmin gündən səlahiyyətlərinin icrasına başlayıb.

Cey Ti Vanq və Cim Vonq şirkətin bazarda vəziyyətinin pisləşməsi ilə əlaqədar istefaya gedir. Yaxın vaxtlarda onlar müşavir rolunda çıxış edərək “Acer”ə sabitliyə qayıtmaqda və maliyyə göstəricilərini yaxşılaşdırmaqda kömək edəcəklər.    

Bundan başqa, şirkət icraçı direktor vəzifəsindən imtina etdiyini elan edib. Müvafiq vəzifə səlahiyyətlərini indi şirkətin idarə heyətinin sədri və prezidenti Sten Şi icra edəcək. Bununla paralel şirkətin daimi prezidenti vəzifəsinə namizəd axtarışı həyata keçiriləcək.   

2009-cu ildə “Acer” fərdi kompüterlərin tədarük həcminə görə liderlərdən biri olmaqla yalnız “Hewlett-Packard” (HP) şirkətindən geri qalıb. Hazırda Asiya istehsalçısı liderlər üçlüyündə yer almayıb. “Gartner” analitiklərinin məlumatına görə, üçüncü rübdə “Acer” satış üçün 6,7 milyon kompüter tədarük edib ki, bu da bir il əvvəlin göstəricisindən 22,5 faiz azdır, - “3DNews www.3dnews.ru” yazır.    
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL