waplog

“Intel” şirkəti 64 bit tutumlu “Android” sistemini nümayiş etdirib



"Intel" şirkəti sərmayədarlarla keçirilən görüşdə "Bay Trail" çipli qurğuların işi üçün nəzərdə tutulan 64 bit tutuma malik "Android" əməliyyat sistemini nümayiş etdirib. 

Növbəti rübdə "Microsoft Windows 8.1" əməliyyat sisteminin təkcə 64 bitlik versiyası deyil, həm də "Android" mobil əməliyyat sistemi işıq üzü görəcək. 64 bit tutuma malik əməliyyat sistemindən istifadə operativ yaddaşdakı məhdudiyyətləri aradan qaldırmağa, eləcə də iri həcmli məlumatları emal etməyə imkan verəcək. Məsələn, mobil qurğularda daha iri tutumlu oyunları quraşdırmağa imkan yaranacaq.

"Intel"in proqnozlarına əsasən, "Bay Trail" çipli "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet kompüterlərin qiyməti 150 dollardan başlayacaq.  

Xatırladaq ki, 64 bit tutumlu prosessorlarda artıq "Retina" displeyli "iPhone 5s" smartfonunda, "iPad Air" və "iPad Mini" planşet kompüterlərində istifadə olunur, - "Onliner www.onliner.by" yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL