waplog

2013-cü ildə “Samsung” şirkətinin mobil sahədə uğurları


Cənubi Koreyanın “Samsung” şirkəti ötən ilə yekun vuraraq 2013-cü ildə mobil sahədə ən nəzərəçarpacaq nailiyyətlərini sadalayıb.

Bildirilib ki, “GSM Association” (GSMA) təşkilatı “Galaxy S3” aparatını nüfuzlu “Global Mobile Awards” illik müsabiqəsinin ən yaxşı smartfonu adına layiq görüb və “Galaxy Camera” hibrid fotoaparatı "ən yaxşı mobil istehlak qurğusu" kateqoriyasında qalib gəlib. Bu halda “Samsung” şirkəti "ilin istehsalçısı" adına layiq görülüb.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Galaxy S4” qabaqcıl smartfonunun elanı başqa əlamətdar hadisə olub. Şirkətdən bildirilib ki, bir ayda 10 milyondan çox sözügedən aparat satılıb və üçüncü rübdə tədarük həcmi 40 milyonu ötüb. “PC Magazine” resursu “Galaxy S4” smartfonunu planetin ən yaxşı smartfonu adlandırıb.

“Interbrand”ın versiyasına görə, cari ildə dünyanın ən yaxşı beynəlxalq brendlərinin reytinqində “Samsung” şirkəti 8-ci yerdə qərarlaşıb. Ötən il o, 9-cu, 2011-ci ildə isə 17-ci yerdə qərarlaşıb.
“Samsung” dünyanın ən böyük smartfon istehsalçısı və aparıcı planşet tədarükçülərindən biridir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL