waplog

ABŞ Milli Təhlükəsizlik Agentliyi İT şirkətlərini zərərə uğradır


İnternet şəbəkəsinin saytlarını və istifadəçiləri izləyən ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) fəaliyyəti ilə əlaqədar qalmaqal ölkənin texnoloji şirkətlərini 35 milyard dollar məbləğində mədaxildən məhrum edə bilər. Bu barədə ABŞ İnformasiya Texnologiyaları və İnnovasiyalar Fondunun tədqiqatına istinadən "Bloomberg" agentliyi məlumat verib.

"IBM", "Intel" və digər kommersiya və dövlət təşkilatlarının daxil olduğu fondun məlumatına görə, ABŞ şirkətləri 2016-cı ilin sonunadək istifadəçilər tərəfindən onların sistemlərində yerləşən informasiyanın mühafizəsinə şübhələrin yaranması və satış həcminin azalması səbəbindən 35 milyard dollar itirəcək.
"Bloomberg" agentliyinin məlumatına əsasən, nəhəng şəbəkə avadanlığı istehsalçısı "Cisco" şirkəti bir müddət əvvəl MTA-nın izləməsi ilə bağlı qalmaqalın Çində və digər inkişaf etməkdə olan ölkələrdə sifarişlərin azalmasına səbəb olmasını bəyan edib. "Google" şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqadonun sözlərinə görə, keçmiş agentlik əməkdaşı Edvard Snouden tərəfindən MTA-nın ifşası ilə bağlı xəbərlər "Apple", "Google", "Facebook" və digər şirkətlərin rəqabət qabiliyyətinə mənfi təsir göstərib.

Bundan başqa, "Facebook" şirkətinin təsisçisi və baş direktoru Mark Sukerberq bildirib ki, qalmaqal istifadəçilərin onun təsis etdiyi sosial şəbəkəyə, eləcə də "Twitter" mikrobloqlar servisinə inamını kəskin şəkildə azaldıb, - "Digit www.digit.ru" yazır.    

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL