waplog

Azərbaycanlı və israilli iş adamları “BakuTel”də qarşılıqlı müzakirələr aparacaqlar


19-cu “BakuTel” beynəlxalq sərgi və konfransı çərçivəsində dekabrın 4-də saat 10:00-da Bakı Biznes Mərkəzində Azərbaycan və İsrail arasında “B2B” (business to business) forumu keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İsrail-AzərbaycanTicarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən forumda biznes və investisiya mühiti barədə məlumatların verilməsi, hər iki ölkəni təmsil edən iş adamları tərəfindən müxtəlif layihələrlə bağlı təqdimatlar, qarşılıqlı müzakirələrin keçirilməsi nəzərdə tutulur.
 
Eyni zamanda forumda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İsrail dövlətinin Azərbaycandakı səfiri Rafael Harpaz, İsrail- Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplunun çıxışları planlaşdırılır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL