waplog

“Foxconn” şirkəti “iPhone 5s” üçün 500 nəfər işçisini səfərbər etdi


“Apple” korporasiyası istehsal tərəfdaşı olan Tayvanın “Hon Hai Precision Industry Co” (Foxconn brendi) şirkətinin fəallığı sayəsində "iPhone 5s” smartfon modelinin tədarük həcmini artırmağa nail olub.

Belə ki, indi bu smartfonun ABŞ və Çinin onlayn mağazalarında çatdırılma müddəti 3-5 iş gününədək azaldılıb, halbuki bir ay əvvəl alıcılar smartfonu əldə etmək üçün üç həftə gözləməli olurdular.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, “Apple”ın mobil elektronikasının müqavilə əsasında yığılması ilə məşğul olan “Foxconn” şirkəti “iPhone 5s” konveyerlərinin işini gecə-gündüz dayandırmır. Sutkalıq istehsal sayəsində “Apple” brendli qabaqcıl telefonların gündəlik buraxılış həcmi 500 min ədədlik rekord həddə çatıb.  


Bu qurğunun bir ədədinin buraxılışına əvvəlki modellərlə müqayisədə daha çox vaxt sərf olunur. Hazırda “iPhone 5s” istehsal xəttinə 600 nəfər işçi xidmət göstərir, halbuki “iPhone 5c” və “iPhone 5” modellərinin bir xətdə yığılması ilə 500 nəfər məşğul olur. “Foxconn”un Çjençjou şəhərində yerləşən zavodunda “iPhone 5s”-in buraxılış prosesində müəssisənin 300 nəfər yaxın əməkdaşı iştirak edir, - “DailyComm www.dailycomm.ru” yazır.
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL