waplog

Gələn il messencer istifadəçiləri 71,5 trilyon mesaj göndərəcək


Mobil qurğu istifadəçiləri bir-birinin ardınca “over-the-top” (OTT) xidmətlərini üstün tutaraq ödənişli SMS mesajlardan imtina edirlər.

Tətbiq, sosial şəbəkə və messencerlər smartfonlarla eyni zamanda təxminən beş il bundan əvvəl meydana gəlib və bir anda populyarlıq əldə edib. Bununla belə “WhatsApp”, “iMessage”, “WeChat” və başqa layihələrinin auditoriyası sürətlə artacaq.

“Ovum” tədqiqat şirkətinin proqnozlarına görə, 2014-cü ildə messencer istifadəçiləri ümumilikdə 71,5 trilyon mesaj göndərəcəklər ki, bu da cari ilin göstəricisindən (27.5 trilyon) 2,5 dəfə çoxdur.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  sözügedən xidmət istifadəçilərinin sayı gələn ilin sonuna 2 milyarda çatacaq. Müqayisə üçün, “VoIP” xidmətlərin auditoriyası 1 milyard həddini yalnız 4 il sonra ötəcək. Qeyd edək ki, ani mesajlarla mübadilə üçün xidmətlərin əksəriyyəti səs ünsiyyəti funksiyasına malikdir.

Bu yaxınlarda məlum olub ki, ödənişsiz zənglər və mesajlarla mübadilə üçün “LINE” mobil tətbiqi istifadəçilərinin sayı 300 milyonu ötüb. Xidmət 2011-ci il iyunun 23-də istifadəyə verilib və 19 ayda 100 milyon qeydiyyat qeydə alınıb. Gələn il bu tətbiqin istifadəçilərinin sayının 500 milyonu ötəcəyi gözlənilir.
“WhatsApp” xidmətinin auditoriyası 350 milyon, “Viber” xidmətində isə 200 milyona bərabərdir. Fotoşəkillər ötürüldüyü “Snapchat” xidmətinin iştirakçıları gündəlik 400 milyon mesaj göndəriblər.

Messencerlərin populyarlığı operatorlara zərər vurur. “Informa Telecoms & Media” şirkətinin proqnozuna əsasən, SMS xidmətlərdən əldə olunan gəlir beş il sonra 23 milyard azalaraq 96,7 milyard dollar təşkil edəcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL