waplog

Ədliyyə Nazirliyində QHT-lərə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı müzakirə olub



Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, iclasda dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədov çıxışında QHT-lərə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin artırılması üçün daha qətiyyətli addımların atılmasında ölkə başçısının qeyd olunan fərmanının müstəsna əhəmiyyətindən və qarşıda duran mühüm vəzifələrdən danışıb.
İclasda çıxış edən nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov "Qeyri-kommersiya hüquqi şəxsləri" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sırasında QHT-lərin və digər qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru, eləcə də onların dövlət reyestrinə daxil edilməsi ilə bağlı məlumatın verilməsinə dair yeni işlək funksiyaların yaradıldığını qeyd edib.

İclasda həmçinin bildirilib ki, yeni fərmana əsasən QHT-lərin aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinə "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Bununla əlaqədar ölkə Prezidentinin fərmanının icrası üzrə görülməli işlər əyani nümayiş etdirilib, elektron məlumat sistemindən istifadəni təmin etmək üçün zəruri infrastrukturun formalaşdırılması, istifadə qaydalarına dair inzibati reqlamentin hazırlanması, müasir İKT-nin tətbiqi imkanları və s. məsələlər üzrə konkret tədbirlər müəyyən olunub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL