waplog

Gənclər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adından danışacaq


Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq təşkil olunan "Gənclər Hökuməti" işgüzar modelinin iştirakçıları müəyyən edilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən layihəyə 100-dən artıq gənc müraciət edib və Bakı, Lənkəran, Şəki və Gəncə  şəhərlərindən olmaqla  35 şəxs seçilib. Gənclər ilk olaraq layihə heyəti ilə görüşüb.
 
Görüş  zamanı "Gənclər Hökuməti" işgüzar modeli haqqında ətraflı məlumatlar verilib. Eyni zamanda gənclər layihə müddətində adlarından çıxış edəcəkləri dövlət orqanlarını seçiblər.
 
Seçimlərin nəticəsi olaraq gənclər Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından çıxışlar edəcək. Həmçinin seçilən şəxslər bu qurumların fəaliyyətilə tanışlıq görüşləri keçirəcəklər.
 
Layihənin növbəti addımlarında gənclərə natiqlik, arqumentləşdirmə, nitqin quruluşu, dövlət qulluğu və qərarqəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcək. Sonda gənclər layihənin nəticəsi olaraq "Gənclər Hökuməti" simulyasiya oyunu keçirəcəklər.
 
Qeyd edək ki, ölkədə ilk dəfə olaraq həyata keçirilən "Gənclər Hökuməti" modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi və "Azərbaycan-2020" mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir. Müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etmək də əsas vacib şərtlərdəndir.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL