waplog

Azərbaycanda “Nokia Lumia 1520” smartfonunun satışlarına başlanılıb


Bu il oktyabrın 22-də Əbu-Dabidə keçirilmiş “Nokia World” tədbirində Finlandiya şirkəti altı yeni qurğu təqdim edib. Bu gün Azərbaycanda “Nokia”nın rəsmi nümayəndəsi “Mobitel” şirkəti Azərbaycanda “Nokia Lumia 1520” fabletinin satışlarına başlayıb.

“ICTnews” elektron xəbər xidməti “infocity.az” saytına istinadən bildirir ki, “Nokia Lumia 1520” smartfonu üç rəngdə (sarı, ağ və qara) əlçatandır və qiyməti 640 AZN təşkil edir. Smartfonu Bakıda Füzuli küçəsi, 49 ünvanında yerləşən “EvoStore” mağazası və “Mobitel” dilerlərindən satın almaq olar.

Xatırladaq ki, “Nokia” şirkətinin planşetofonu “PureMotion HD+” texnologiyasına əsaslanan 1920 x 1080 piksel təsvir ölçülü 6 düymlük IPS ekran, “Gorilla Glass 2” şüşəsi, 2.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” dördnüvəli prosessoru, “Adreno 330” qrafikası, 2 QB əməli yaddaşı və “microSD” yaddaş kartları dəstəkləyən 32/64 QB daxili yaddaşla təchiz edilib. Cihaz üçüncü və dördüncü nəsil şəbəkələrini dəstəkləyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL