waplog

“İnformatika” vəsaiti istifadəçilərin ixtiyarına verilib



Tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün “İnformatika” vəsaiti nəşr edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) verilən məlumata görə,  informatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.

Qeyd edək ki, vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya “www.abiturient.az” saytından sifariş etmək olar.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL