waplog

Qubada “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımına başlanılacaq



“Teleradio” İstehsalat Birliyi respublikada ilk dəfə olaraq, Quba rayonunda “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirməyi planlaşdırır.

Birliyin yaydığı məlumata görə, kommersiya yayımının həyata keçirilməsi nəticəsində Quba rayonu və ətraf ərazilərin (Qusar, Xaçmaz, Dəvəçi r-nu və s.) əhalisi Azərbaycan, Rusiya, Turkiyə və digər ölkələrin kiçiklər və böyüklər üçün nəzərdə tutulmuş 70-dən çox müxtəlif televiziya proqramını izləmək şansı əldə edəcəklər.

Qeyd edək ki, istifadəçi sayının artırılması üçün kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılacaq.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL