waplog

“Motorola” modulyar smartfon prototipi yaradır


"Google" internet-axtarış sisteminə məxsus "Motorola" şirkəti "Ara" layihəsi çərçivəsində ilk modulyar telefon prototipinin buraxılışına çox yaxındır. Bu haqda "Google Hangouts" üzrə Markesu Braunliyə  müsahibə vermiş internet nəhənginin baş direktoru Dennis Vudsayd deyib. O, həmçinin işarə edib ki, hazır məhsul, "Moto Maker" saytı vasitəsilə satılacaq.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Vudsayd qurğunun reliz tarixini açıqlamayıb.

"Motorola" şirkəti oktyabrda modulyar telefonlar üçün açıq aparat platformasını ("Project Ara") təqdim edib. Konstruktor prinsipi üzrə yığılan qurğuya malik olan istifadəçilər onun texniki imkanlarını idarə edə biləcəklər. "Ara" layihəsi iki hissədən ibarətdir: endoskelet (daxili karkas) və modullar dəsti. Telefonun daxili karkasına prosessor, ekran, klaviatura və ya əlavə akkumulyator quraşdırmaq olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL