waplog

Sumqayıt Texnologiyalar Parkında ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq


Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif  bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.
 
  İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, qonaqlara Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən layihələr haqqında məlumat verilib.
 
Qeyd olunub ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılıb. Burada 17 zavod artıq uğurla fəaliyyət göstərir.
 
Həmçinin gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq.
 
Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini maraqla izləyiblər. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli  məhsul istehsalı qonaqların marağına səbəb olub.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL