waplog

Avropa Birliyinin “Horizon 2020” - Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramının ilk iki ili üçün 15 milyard dollar ayrılıb


Avropa Birliyinin (AB) 2014-2020 illərdə Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı – “Horizon 2020” ilk iki il ərzində 15 milyard dollar ilə fəaliyyətə başlayır. Bununla bağlı artıq çağırış edən Avropa Komissiyasından bildirilib ki, proqramın ilk illəri üzrə - 2014-2015-ci illərdə maliyyələşəcək layihələr əsasən insanların həyatını yaxşılaşdıracaq məsələlərin həlli, həmçinin bilik və idarəetmənin təkmilləşdirilməsi vasitəsilə iqtisadiyyata təkan vermək üçün nəzərdə tutulur.
 
Bu illər üzrə müəyyənləşdirilən prioritetlərə rəqəmli təhlükəsizlik, “ağıllı” şəhərlər, sağlamlıq da daxil olmaqla 12 əsas sahə daxildir. Belə ki, 2014-cü il büdcəsində “Sağlamlıq və qayğı” istiqamətinə 549 milyon, “Davamlı ərzaq təhlükəsizliyi” istiqaməti üzrə 138 milyon, “Mavi artım: dəniz və okeanların potensialı” üzrə isə 100 milyon dollar nəzərdə tutulub.
 
Avropa Komissiyası “Rəqəmli təhlükəsizlik” prioritet istiqamətinə isə 2014-cü il büdcəsində 47 milyon dollar ayırıb. Komissiyadan qeyd edilib ki, rəqəmli təhlükəsizliyin kibercinayətlər, onlayn məxfilik, fundamental hüquqların müdafiəsi də daxil olmaqla bir çox tərəfləri var. Bu istiqamətə uyğun olaraq, Avropa Birliyinin vahid bazarının rəqəmli ekosistemin təhlükəsizliyi və gizliliyinə yönələn tədqiqatlarla təmin edilməsi nəzərdə tutulur. Həmçinin bu prioritet AB-nin geniş kibertəhlükəsizlik strategiyası və “Rəqəmli Gündəliyi”nin inkişafına da yardım edir. Bu baxımdan, sözügedən sahə üzrə tətbiqlər, xidmətlər və infrastruktur təhlükəsizliyinin artırılması ilə bağlı fəaliyyətə dəstək verilərək, bu istiqamət üzrə araşdırmalar maliyyələşdiriləcək. “Ağıllı şəhər və icmalar” istiqaməti üzrə isə 92 milyon dollar həcmində maliyyə ayrılacaq. Belə ki, AB əhalisinin üçdə iki hissəsi 70 faiz enerjidən istifadə edərək, şəhər yerlərində yaşayır. “Smart şəhər və icmalar” altında həyata keçirilən tədqiqatlar vətəndaşlara enerji səmərəliliyi kimi sahələrdə smart mobillik xidmətləri, o cümlədən informasiya və rəqəmli xidmətlərlə təmin edə bilən yüksək bazar potensialına malik həllər tapmaqda yardım edəcək.
 
 
Qeyd edək ki, AB-nin 2014-2020-ci illərdə Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı – “Horizon 2020”-nin büdcəsi 80 milyard dollar təşkil edir. Proqram tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıyır. İştirakçı ölkələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində ekspertlərini məsləhətləşmələr aparmaq üçün bir araya gətirərək, elmi-texnoloji tədqiqatlar sahəsində dialoqun genişləndirilməsi və yeni səviyyəyə qaldırılması məqsədinə qulluq edən proqramda azərbaycanlı alimlərin də iştirakı nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL