waplog

“Samsung” şirkəti smartfonlar üçün oyun pultu çıxarıb


“Samsung” şirkəti “Smartphone Game Pad” oyun pultunu satışa çıxarıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 4-6.3 düym diaqonallı ekranla təchiz edilmiş smartfonlarla istifadə üçün nəzərdə tutulub.
Mobil aparat pultun arxa hissəsindəki tutqaca bərkidilir.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, oyun pultunun çəkisi 195 qramdır. “Samsung” şirkətinin iddiasına əsasən, oyun qurğusunu “Android 4.1” platforması və daha yuxarı versiya ilə işləyən istənilən telefonda istifadə etmək olar. Bununla belə, şirkət vurğulayıb ki, oyun pultu onun “Galaxy” aparatlarına optimallaşdırılıb.

Qeyd edək ki, pult az sayda oyun dəstəkləyir. Onu hələ ki “Need for Speed Most Wanted”, “Modern Combat 4: Zero Hour”, “Prince of Persia: The Shadow and the Flame” daxil olmaqla 35 oyunda istifadə etmək mümkündür. “Samsung” şirkəti söz verib ki, gələcəkdə oyunların siyahısı artırılacaq.

Qurğu artıq Avropanın bəzi ölkələrində satışa çıxarılıb. “Samsung”un press-relizində oyun pultunun qiyməti haqqında məlumat verilmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL