waplog

Yaponiyanın iki universitetinin superkompüterlərinə haker müdaxiləsi qeydə alınıb


Yaponiyanın iki universitetinin superkompüterlərinə haker müdaxiləsi qeydə alınıb və ən qabaqcıl elmi araşdırma və hazırlamalarla bağlı məlumatın sızması narahatçılığı yaranıb. Hakerlər Kioto və Sukuba universitetlərinin superkompüterlərinə müdaxilə ediblər.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hər iki universitetdən bildirilib ki, cinayətkarlar oktyabrda internet üzərində icazəsiz giriş əldə etməyə müvəffəq olublar.

Hər iki universitetin rəsmi nümayəndələri deyib ki, bu halın bir daha təkrarlanmaması üçün təhlükəsizlik gücləndirilib. Nümayəndələrin sözlərinə görə, hazırda məlumat sızması və silinməsi ilə bağlı fakt aşkar edilməyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL