waplog

BBM messencerində ödənişsiz zənglər mümkün olacaq



 
2014-cü ildə Kanadanın “BlackBerry” şirkətinin BBM messencerinin “iOS” və “Android” üçün tətbiqlərinin köməyi ilə ödənişsiz zənglər etmək mümkün olacaq. Şirkətin rəsmi bloquna əsasən, xidmət “BBM Voice” adlanıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, sözügedən tətbiqdə yeni funksiyalar, həmçinin istifadəçilərin maraq və həvəslərinə əsaslanan “Channels” funksiyası çıxarılacaq.

Bundan başqa, “BBM” messencerində emosiyaları ifadə etmək üçün 100 ədəd yeni smaylik təklif ediləcək. Nəhayət, “BlackBerry” şirkəti fotoşəkil və başqa mediafaylların daha sürətli və sadə mübadiləsinə söz verir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL