waplog

“Cyanogenmod” əməliyyat sistemi ilə işləyən smartfon satışa çıxarılıb


Çinin “Oppo” şirkəti “Oppo N1” smartfonunun “Cyanogenmod” əməliyyat sistemi (ƏS) ilə işləyən versiyasını buraxıb.

“Cyanogenmod”  ƏS ilə işləyən aparatın qiyməti 599 dollardır.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Oppo N1” smartfonu 1920x1080 nöqtə təsvir ölçülü 5,9 düymlük ekran, “Snapdragon 600” prosessoru və 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.

Smartfonun xüsusiyyətlərindən biri fırlanma mexanizmli 13 meqapiksellik kameradır: o, həm videoəlaqə, həm də ənənəvi fotoçəkiliş üçün istifadə oluna bilər.

“Cyanogenmod” əməliyyat sistemi “Android” əsasında yaradılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL