waplog

“Apple” şirkətinin yeni qərargahı


Kaliforniyanın Kupertino şəhərinin administrasiyası yeni inşa olunacaq “Apple Campus 2” kompleksi haqqında ətraflı məlumat verib.
Məlumat üçün qeyd edək ki, bu barədə ilk dəfə cari ilin iyun ayında məlumat verimişdi.
“Apple Campus 2” qərargahı San-Xose ilə San-Fransiskonu birləşdirən şose 280-nin yanında 175 akr (71 hektar) sahədə tikiləcək. Tikintinin ümumi ərazisi 2,8 milyon kv.fut .(260 min kv. m) təşkil edəcək.
Şirkət “Apple Campus 2” qərargahını 2015-ci ilədək açmağı planlaşdırır. Kompleks 12 mindən çox əməkdaş üçün iş yeri olacaq. Yeni kompleks 2.6 min iş yerinə malik olan Kupertinodakı “Apple” qərargahına əlavə olaraq tikiləcək.
Ərazinin yaşıllaşdırılmasına böyük diqqət ayırmaq planlaşdırılır. Kompleksin tikintisi vaxtı şirkət 2,3 min əlavə ağac əkməyi planlaşdırır.
“Apple Campus 2” haqqında danışan “Apple” şirkətinin icraçı direktoru Stiv Cobs bildirib ki, onun inşası üçün dünyanın ən yaxşı memarları işə götürülüb.

http://www. cnews.ru



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL