waplog

Dünyanın ən nəhəng İT şirkəti ittiham olunur


Tayvan hökuməti ABŞ-ın “Apple” şirkətini mağazalarında “iPhone” smartfon modellərinin satılması ilə məşğul olan yerli mobil rabitə operatorlarına təzyiq göstərdiyinə görə 20 milyon Tayvan dolları məbləğində (təxminən 666 min dollar) cərimə edib. Belə ki, ABŞ şirkəti müqavilələrin imzalanması zamanı müəyyən şərtlərə riayət etməyi tələb etməklə rəqiblərdən aşağı qiymətin təyin edilməsini qadağan edib.

Gələcəkdə “Apple”ın mobil rabitə operatorlarının işinə müdaxiləni davam etdirəcəyi təqdirdə cərimənin məbləğinin iki dəfədən çox artırılacağı gözlənilir. 

Qiymətlərin tənzimlənməsi ilə bağlı məlumat operatorlar və ABŞ istehsalçısı arasında aparılan elektron yazışmalardan məlum olub. “Apple” bu məsələ ilə bağlı hələ ki münasibət bildirməyib, - "Onliner www.onliner.by” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL