waplog

Amerikalı siyasətçi elektron Bibliyaya and içib


ABŞ-ın Nyu-York ştatının Nassau dairəsinin yeni icra hakimiyyətinin başçısı “Bibliya” əlavəsinin quraşdırıldığı “iPad” planşet kompüterində and içib.   

Bibliyaya and içmək ABŞ-ın istənilən səviyyəli siyasətçiləri üçün standart siyasi prosedurun ayrılmaz hissəsini təşkil edir. Bu, keçmiş ənənələrə hörmət əlaməti hesab edilir. 

Lakin Nassau dairəsinin yeni icra hakimiyyətinin başçısı Edvard Manqanonun andiçmə mərasimində gözlənilmədən Bibliyanın olmaması məlum olub.

Dairə administrasiyası vəziyyətdən çıxış üçün cəsarətli qərar qəbul edərək E.Manqanonu əlini “Bibliya” əlavəsinin quraşdırıldığı “iPad” planşet kompüterinin üzərinə qoymaqla and içməyə məcbur edib.
Məlumat üçün bildirək ki, “Bibliya” əlavəsi xristianların müqəddəs kitabının tam kompüter versiyasıdır.
Cəmiyyətdə artıq məmurun Bibliyanın elektron versiyasında and içməsinin nə dərəcədə düzgün olması və bu səbəbdən onun səlahiyyətlərinin qüvvədən düşməsi ilə bağlı həm siyasi, həm də dini müzakirələr aparılır.

Öz növbəsində ABŞ-ın bir neçə dini konfessiyalarının nümayəndələri dini xarakterli mərasimlərdə elektron qurğulardan istifadənin düzgünlüyü barədə müzakirələrə başlayıblar, - “İT Expert www.itexpert.org.ua” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL