waplog

2014-cü ilin gəlişi ilə internetdə 1986-cı ilin təqvimlərinə qlobal tələbat yaranıb


2014-cü ilin gəlişi ilə dünya üzrə internetdə 1986-cı ilin təqvimlərinə qlobal tələbat bumu başlayıb. Qəribəsi odur ki, hər iki il həftə günlərinə görə tamamilə uyğun gəlir. Eyni zamanda 2014-cü il də 1986-cı il kimi çərşənbə günü başlayır və qurtarır.
 
 İndi nostalji hisslərlə yaşayan çoxsaylı həvəskarlar 2014-cü ildə 28 il əvvəlki təqvimləri əldə etməyə çalışırlar.
 
BBC-nin Britaniya Yayım Korporasiyasının məlumatına görə, nəticədə anbar və çardaqlara atılmış təqvimlər arasından 1986-cı il təqviminin axtarışı ilə bərabər, onu internetdən arayanlar çoxluq təşkil edir.
 
Bu tələbatın artması ilə internet ticarət portallarında 1986-cı il təqvimlərinin birinin dəyəri 100 dollara qədər çatır. İndiki vəziyyətdən isə “Pirelli” italyan şin şirkətinin məşhur təqvim yaradıcıları istifadə ediblər. Belə ki, onlar tərəfindən 1986-cı il təqvimi üçün şəkillər hazırlansa da, sonradan bu şəkillər təqvimə daxil edilməyib.
 
Həmin şəkillərin 2014-cü il üçün hazırlanan yeni təqvimdə dərc edilməsinə qərar verilib. Beləliklə, 1986-cı ildə çəkilən şəkillər 2014-cü il təqvimində “yeni həyat” qazanıblar.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL