waplog

Çanaq antenaları yığışdırlmayacaq


 Çanaq antenalarının tezliklə ləğv edilməsi haqqında çıxan məlumatlar həqiqətə uyğun deyil.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitə İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov Modern.az-a açıqlamasında bu informasiyanın həqiqəti əks etdirmədiyini bildirib.

 “İnsanlarımız çanaq antenalarından istifadəyə davam edəcəklər. Çanaq antenaları ilə telekanallara baxmaq o istifadəçilərin hüququdir. Və həmin antenaların yığışdırılması ilə bağlı qərar da yoxdur”.

Xarici telekanalların Azərbaycanda yayılmasının hökumətlərarası iki tərəfli müqavilələr əsasında həyata keçirildiyini deyən Ə. Şərifov bildirib ki, bu gün Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında imzalanan müqavilə əsasında AzTV Türkiyədə, “TRT 1” isə Azərbaycan ərazisində açıq yayımlanır.  “Azərbaycan hökuməti tərəfindən Rusiya ilə müqavilə imzalamaq təklifini irəli sürülüb, amma onlar bundan imtina ediblər. Ümumiyyətlə, Azərbaycanda hansı televiziya kanallarının yayılması Milli Teleradio Şurası tərəfindən tənzimlənir. Onların göstərişi əsasında ikinci paket rəqəmli paket gedirdi. O paketin bağlanmasına görə qərarı onlar verib”.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL