waplog

"Ağıllı” şəhərlər ölkələrə 1,9 trilyon dollar qazandıra bilər


“Əhatəli internet” sisteminin tətbiqi vətəndaşlarla yanaşı, hökumət üçün də sərfəli ola bilər.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com”  saytına istinadən verdiyi məlumata əsasən, “Cisco” şirkətinin araşdırmalarına görə, “ağıllı” şəhər sistemlərinin tətbiqi on il ərzində 1,9 trilyon dollara qənaət etməyə imkan verər. Sənədə əsasən, “Internet of Everything (IoE)”  üzrə  mümkün olan bir neçə xərclər siyahısı təqdim edilir.
 
İlk növbədə “ağıllı” ev və “ağıllı” şəhər sistemləri su (39 milyard dollar) və qaz (69 milyard dollar) kimi resursların istifadəsində udurlar. İkinci növbədə, onlayn park etmə və ən çox yüklənən rayonlara pullu giriş servisləri şəhərlərə 59 milyard dollar gətirəcək. 
 
Araşdırıcılar, eyni zamanda, səhiyyə xərclərini 146 milyard dollar azaltmağa imkan verən xroniki xəstəliklərin monitorinqinə işarə edirlər. Məsafədən işin inkişafı 124 milyard, təhsilə innovasiyaların tətbiqinin isə 258 milyard gəlir gətirəcəyi bildirilir.
 
Planetimizin əhalisinin çox hissəsinin şəhərlərə axını nəticəsində, onlar vətəndaşların tələbatlarına qarşı çevik və qeydkeş olmalıdırlar və bu arada ictimai istifadə resurslarından effektiv yararlanmalıdırlar. Əhatəli internet xidmətlərin təqdim edilməsinin və vətəndaşların şəhər hakimiyyəti ilə qarşılıqlı əlaqəsinin yeni üsullarını təklif edir.
 
Aynur Vəliyeva
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL