waplog

“Samsung” 46 düymlü ekranları 48 düymlü ekranlarla əvəzləyir



Ötən il 46 düym ekranlı televizor modellərinin populyar olmasına baxmayaraq Cənubi Koreyanın “Samsung” şirkəti və digər istehsalçılar diaqonalı bir qədər böyüdülmüş maye-kristal panellərdən (LCD) istifadəyə keçir.
 
Belə ki, 2014-cü ildən etibarən “Samsung” 46 düym diaqonallı ekranlara malik televizorları 48 düymlü ekranlarla əvəzləyəcək. Bununla yanaşı, Yaponiyanın “Sony” şirkəti artıq 48 düymlü maye-kristal televizor modellərini nümayiş etdirib, digər Cənubi Koreya istehsalçısı “LG” şirkəti 47 düymlü televizorların buraxılışına keçib. Oxşar planları Tayvan və Çinin maye-kristal panel istehsalçıları da səsləndirib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, tezliklə 46 düymlü televizorlar satışdan çıxarılacaq, - "HDTV www.hdtv.ru” yazır.  
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL