waplog

“Mac” və fərdi kompüterlər arasında fərq azalıb


“Asymco” şirkətinin yaradıcısı və analitiki Xorasa Dedyunun araşdırmasına əsasən, 2013-cü ildə “Windows” və “OS X” əməliyyat sistemləri ilə işləyən kompüterlər arasında fərq azalıb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,  “Gartner” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə “Windows” əməliyyat sistemi ilə işləyən kompüterlərin tədarük həcmi 309 milyon olub. Dedyunun məlumatına görə, “Mac” kompüterlərinin tədarük həcmi 16,4 milyon olub. Beləliklə, fərdi kompüterlər tədarük həcminə görə “Mac” kompüterlərini 18,8 dəfə ötüb.
 
Müqayisə üçün, 2012-ci ildə “Windows” ilə işləyən tədarük edilmiş kompüterlərin sayı “Mac” ilə müqayisədə 19,8 dəfə çox olub. Platformalar arasında maksimal fərq 2004-cü ildə müşahidə olunub: o zaman FK “Mac” kompüterlərini 56 dəfə ötüb.
 
Dedyu qeyd edir ki, 2011-ci ildə FK-in tədarük həcmi 344 milyon olub və bundan sonra azalmağa başlayıb. Son illərdə "Mac" kompüterlərinin tədarük həcmi, həmçinin azalır, lakin “Windows”  ilə müqayisədə azalma tempi aşağıdır.
 
“Mac” kompüterləri və “OS X” əməliyyat sistemini “Apple” şirkəti buraxır. “Windows” əməliyyat sistemini “Microsoft” korporasiyası hazırlayır, lakin bu sistemlə işləyən qurğular bir çox şirkətlər tərəfindən istehsal edilir.
 
“Net Applications” statistika xidmətinin məlumatına görə, 2013-cü ilin dekabrında “Windows” əməliyyat sisteminin payı 90,7% təşkil edib. Populyarlığa görə ikinci yerdə 7,5% bazar payına malik “OS X” əməliyyat sistemi qərarlaşıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL