waplog

2013-cü ildə “IBM” korporasiyası ABŞ-da ən böyük patent alıcısı olub


"IFI Claims Patent Services"in məlumatlarına əsasən, 2013-cü ildə "IBM" korporasiyası ABŞ-da ən böyük patent alıcısı olub. İkinci yerdə Cənubi Koreyanın "Samsung", üçüncüdə isə yaponiyanın "Canon" şirkətləri yer alıblar. Hesabata əsasən, 2013-cü ildə "IBM" korporasiyası ABŞ-da 6809 patentə sahiblənib, həm də şirkət artıq 21-ci ildir ABŞ-da bu göstərici üzrə liderliyi əldən vermir.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, müasir texnologiyalar alınan patentlərin sayında çox dəqiq əks olunur. Belə ki mobil prosessor istehsalında ixtisaslaşmış "Qualcomm" şirkəti ilk dəfə reytinqin onluğuna daxil edilib, lakin "Google" və "Apple" "Top-10"luğu tərk ediblər.
 
"Microsoft" korporasiyası 2013-cü ilin yekununa görə beşinci yerdə qərarlaşıb. Bu halda, reytinq müəllifləri deyiblər ki, ilk onluqda Yaponiyanın "Canon", "Sony", "Panasonic" və "Toshiba", Koreyanın "LG" və "Samsung", Tayvanın "Hon Hai" və ABŞ-ın "IBM" və "Microsoft" şirkətləri yer alıblar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL