waplog

Məhkumlar üçün kompyuter zalları istifadəyə veriləcək


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Mehman Sadiqovun İCTNews-ə verdiyi məlumata görə, yaxın günlərdə xidmətin 10 və 11 saylı cəzaçəkmə müəssisələrində linqafon kabinetləri və ingilis dili kursları təşkil edilib. 13 və 14 saylı cəzaçəkmə müəssisələrində isə kompyuter zalları yaradılıb.
M.Sadiqov dövlətimizin humanist cəza siyasəti apardığını qeyd edərək, penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, cəza çəkənlərin hüquq və mənafelərinin qorunması sahəsində davamlı tədbirlərin həyata keçirildiyini bildirib. “Təşkil olunmuş dil və kompyuter kursları, cəzaçəkmə müəssisələrinin ən müasir kompyuter avadanlıqları ilə təchiz olunması məhkumların islah edilməsi və yenidən tərbiyə olunmasında, onların gələcəkdə azad cəmiyyətə qısa müddət ərzində inteqrasiyasında xüsusi əhəmiyyət kəsb edir”.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL