waplog

2014-cü ildə “Amazon” planşetlərinin tədarükü ötənilki səviyyədə qalacaq



2013-cü ilin yekunları üzrə “Amazon” şirkəti dünyanın beşinci iri planşet kompüter tədarükçüsü olub. Belə ki, şirkət ümumilikdə 5,45 milyon bu qurğudan və ya ümumdünya tədarük həcminin 4 faizini tədarük edib. Bu barədə “Digitimes Research” tədqiqat şirkətinin məlumatında deyilir.


Bazar mütəxəssislərinin fikrincə, 2014-cü ildə “Amazon” planşetlərin tədarükünü 7-8 milyon ədədədək artıra bilər. Lakin “Digitimes Research” analitikləri qiymətləndirməyə bir qədər ehtiyatla yanaşaraq bu qurğuların tədarükünün ötənilki səviyyədə qalacağını və 5,5 milyon ədədi ötməyəcəyini proqnozlaşdırırlar.


Bildirilir ki, “Amazon” planşetlərin yığılması üçün sifarişlərin çox hissəsini əvvəllər olduğu kimi “Quanta Computer” şirkətinə deyil, Tayvanın “Compal Electronics” şirkətinə verib.

ABŞ istehsalçısı diqqətini istehlakçılar arasında yüksək tələbat duyulan başlanğıc səviyyəli modellərə yönəltmək qərarına gəlib. 2014-cü ildə bu qurğuların “Kindle Fire” planşetlərinin ümumi tədarük həcmində payının 90 faiz təşkil edəcəyi gözlənilir. “Compal Electronics” məhz bu qurğuların istehsalı ilə məşğul olacaq, - “DailyComm www.dailycomm.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL