waplog

Dövlət Dəniz Administrasiyası 18 elektron xidmət göstərir


Ötən il Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən 18 elektron xidmətin inzibati reqlamentləri hazırlanaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb və administrasiyanın kollegiyasının 2013-cü il 04 aprel tarixli Q/02 nömrəli qərarı ilə təsdiq olunub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat  administrasiya tərəfindən 2013-cü il ərzində görülmüş işlərə dair hesabatda öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlər”in Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin edilib.

Hal-hazırda administrasiyanın internet saytı, eləcə də “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi təmin edilməkdədir.
 
 
CAHANGİR
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL