waplog

Azərbaycan Prezidenti İlham Əliyev “Hewlett-Packard” şirkətinin rəhbərliyi ilə görüşüb


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Hewlett-Packard” şirkətinin idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.


“ICTnews” xəbər xidmətinin “www.president.az” saytına istinadən verdiyi məlumata əsasən, görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Görüşdə Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL