waplog

Neft hasilatı sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dünya gündəminə gətirilir


Hindistanın Nyu Dehli şəhərində “Petrotech-2014” XI Beynəlxalq Neft və Qaz Konfrans və Sərgisi keçirilib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edib. Nazir Hindistan Hökumətinin neft və təbii qaz naziri Veerappa Moilynin dəvəti ilə sərgiyə qatılıb.
 
 Burada “2030 Baxış: İnkişaf etməkdə olan Qlobal Enerji Səbəti – Çağırışlar və İmkanlar” (“Vision 2030: Emerging Global Energy Basket – Challenges & Opportunities”) mövzusunda təşkil edilən Beynəlxalq Neft və Qaz Konfrans və Sərgisində təmiz və sərfəli enerji imkanlarının araşdırılması, karbohidrogen ehtiyatlarının kəşfi və hasilatı sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair aparılan enerji siyasəti haqqında məlumat verilib.
 
 
Daha sonra Hindistanın neft və təbii qaz naziri Veerappa Moily belə bir konfrans və sərginin Hindistan tərəfindən keçirilməsi təşəbbüsünün neft və qaz sənayesinin inkişafı istiqamətində yaratdığı imkanlara və buraya cəlb olunan şirkətlər ilə dövlət strukturu arasında səmərəli investisiya mühitinin araşdırılmasına şərait yaratdığı diqqətə çatdırılıb.
 
 
Konfrans ümumilikdə enerjidən səmərəli istifadəni təmin etməklə xalqın yaşayış səviyyəsinin yüksəldilməsi, qlobal problemlər, risklər və digər əhəmiyyətli maneələrin aradan qaldırılması, neft və qaz ehtiyatlarının azalan və yüksələn temp ilə inkişafı istiqamətində görülən tədbirlərin müzakirəsinə həsr olunub. Həmçinin tədbir çərçivəsində Hindistanın baş naziri Manmohan Singh, neft və təbii qaz naziri Veerappa Moily və energetika naziri Natiq Əliyev ilə ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycanın region etibarilə Avropa və Asiya arasında yerləşməsinin enerji layihələrinin həyata keçirilməsində böyük təsiri, qonşu ölkələrin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan Respublikasının mühüm rolu qeyd edilib.
 
 
SEYMUR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL