waplog

“Qualcomm” şirkəti “HP”nin 2 mindən çox patentini satın alıb



Mobil qurğular üçün çiplərin istehsalında ixtisaslaşan “Qualcomm” şirkəti ABŞ-ın “Hewlett-Packard” (HP) korporasiyasının mobil əməliyyat sistemlərinin işinə aid 2 mindən çox patentini satın alıb. Bu barədə “HP”nin məlumatında deyilir.


Paketə ABŞ-da qüvvədə olan 1400-dən çox patent və patent müraciəti, eləcə də digər ölkələrin, o cümlədən Çin, İngiltərə, Almaniya, Yaponiya və Cənubi Koreyanın 1000-dən çox patenti daxildir. Fərdi kompüterlər istehsalçısının satdığı patentlərdə tədqiqat şöbəsinin işləmələri və 2010-cu ildə “Palm”, 2006-cı ildə “Bitfone” şirkətlərinin satın alınmasından sonra əldə olunan patentlər yer alıb.


“Qualcomm”un gəlirlərinin əsas hissəsi “CDMA” və mobil qurğular üçün digər texnologiyalara adi patentlərdən istifadəyə görə lisenziyalaşdırılmış ödənişlərdən asılıdır. “Charter Equity Research” analitik şirkət nümayəndələrinin fikrincə, “HP”yə məxsus patentlərin satın alınması “Qualcomm”un xidmətlərini gücləndirə bilər. “HP” “webOS” əməliyyat sistemini “LG” şirkətinə satdıqdan sonra həmin patentlərdən istifadəyə ehtiyac qalmadığı qənaətinə gəlib.


“Qualcomm” şirkəti 2013-cü ildə patentlərin sayının artım tempinə görə lider olmaqla il ərzində payını 62 faiz artırıb. “IFI Claims” analitik şirkətinin məlumatına görə, həm “Qualcomm”, həm də “HP” 2013-cü ildə satılan patentlərin sayına görə lider şirkətlər iyirmiliyində yer almaqla müvafiq olaraq 9 və 19-cu yerləri tutub, - “Digit” www.digit.ru yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL