waplog

Əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan əməkdaşlıq edəcək


Əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanın birgə əməkdaşlığı vacibdir. Bu fikri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleymlə görüşündə qeyd edib.
 
AMEA-dan verilən məlumata görə, institutda keçirilın görüşdə Paşa Kərimov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Səudiyyə Ərəbistanı ilə Azərbaycanın vahid bir islam mədəniyyətini təmsil etdiyi vurğulanıb, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
 
Əlyazmalar sərgisi ilə yaxından tanış olan səfir institutda zəngin irsin qorunması, təmsil etdiyi ölkənin qurumları ilə müvafiq müqavilələrin bağlanılması istiqamətində dəstək göstərməyə hazır olduğunu bildirib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL