waplog

Bu şirkət mikroelektronika komponentlərinin alışına görə dünyada liderdir


“IHS Technology” şirkətinin hesablamasına əsasən, 2013-cü ildə “Apple” şirkəti mikroelektronika komponentlərinin alışına 30,3 milyard dollar sərf etməklə bütün dünya şirkətləri arasında lider olub. İkinci yeri 22,8 milyard dollar dəyərində mikrosxem alan “Samsung” şirkəti tutub. Bundan başqa, “HP”, “Lenovo” və “Dell” şirkətlərinin bu məqsədlər üçün xərcləri müvafiq olaraq 10,1, 9,2 və 7,7 milyard dollar təşkil edib.
 
Bu nəticələr təkcə “Apple” qurğularında istifadə edilən komponentlərin mürəkkəbliyini və bahalığını deyil, həm də vertikal inteqrasiya edilmiş biznes modellinin əhəmiyyətini nümayiş etdirir. “Samsung” əksər mikrosxem növlərini (məsələn, fləş-yaddaş) müstəqil şəkildə istehsal edir. “IHS Technology”nin apardığı hesablamada isə Cənubi Koreya istehsalçısının müxtəlif bölmələri arasında həyata keçirilən əməliyyatlar nəzərə alınmayıb. “Samsung” mikrosxemləri özü istehsal etməklə xərcləri xeyli azaldır və bunun sayəsində qurğular üçün qiymətlərin mühüm rol oynadığı inkişaf etməkdə olan bazarlar uğrunda mübarizədə “Samsung” şirkəti “Apple” üzərində üstünlük qazanır.
 
Ən çox vəsait telefon, planşet və simsiz avadanlıq üçün komponentlərin alınmasına sərf edilib. Bu zaman ümumi məbləğin 31 faizi mobil qurğular üçün radiosxemlərin payına düşüb. 2013-cü ildə dünya mikrosxemlər bazarının ümumi həcmi 237,2 milyard dollaradək artıb ki, bu da 2012-ci illə müqayisədə 5 faizlik artım deməkdir, - "Computerworld www.osp.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL