waplog

“Google” şifrələnmiş kripto şəbəkənin yaradıcısını işə götürüb


"The Verge" internet nəşri yazıb ki, anonim "Aether" kripto şəbəkəsinin yaradıcısı Burak Nexbit "Google" şirkətinə keçib.
 
Nexbit "Google" şirkətinə məxsus "YouTube" video hostinq komandasının tərkibinə daxil olub. Proqramçı video hostinqin istifadəçi interfeysinin təkmilləşdirilməsi ilə məşğul olacaq. Nexbitin sözlərinə görə, "Aether" layihəsi öz müstəqil mövcudluğunu davam etdirəcək və o, əvvəlki kimi onu dəstəkləyəcək.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 23 yaşlı Burak Nexbitin "Google" şirkətində işə düzəlməsi haqqında xəbər "Google"un direktorlar şurasının sədri Erik Şmidtin korporasiyanın internet senzurasına yeni şifrələnmə mexanizmin köməyi ilə qalib gəlməklə bağlı bu yaxınlardakı bəyanatları fonunda yayılıb. Şmidt deyib ki, "Google" korporasiyası yaxın 10 ildə Çin, Şimali Koreya, Vyetnam və bir sıra başqa ölkələrin hakimiyyəti tərəfindən internetdə qurulmuş məhdudiyyətləri keçməyə icazə verən xüsusi kriptoqrafiya sistemi hazırlamağı planlaşdırır.
 
Nexbit tərəfindən hazırlanmış "Aether" şəbəkəsi istifadəçilərin anonimliyi prinsipinə əsaslanır. Məsələn, "Aether" şəbəkəsinin ziyarətçiləri sabit ləqəbə malik deyillər və onların coğrafi yeri haqqında məlumatlar şifrlənir. Sosial şəbəkə "Reddit" xəbərlər saytının analoqudur.
 
Emil Hüseynov
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL