waplog

Şahin Mustafayev: “Azərbaycanla Macarıstan arasında elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir”


Azərbaycanla Macarıstan arasında İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılıb, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir. Bu haqda nazir Şahin Mustafayev Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto ilə görüşündə məlumat verib.
 
Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çox sənəd, o cümlədən iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və digər sənədlər imzalanıb, əməkdaşlığın müqavilə-hüquq bazası yaradılıb. Müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
 
Həmçinin vurğulanıb ki, ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto uğurlu əməkdaşlığın davam etdiyini bildirib, bir çox sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.
 
 
Görüşdə o da bildirilib ki, son iki ildə keçirilən biznes forum və işgüzar görüşlərin nəticəsi olaraq inşaat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunub.
Qeyd edək ki, Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL