waplog

“SkyDrive” fayl saxlanc xidmətinin adı dəyişdirildi


“Microsoft” korporasiyası bloqunda yazıb ki, “SkyDrive” “bulud” fayl saxlancı yaxın gələcəkdə “OneDrive” adlandırılacaq.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Britaniyanın “British Sky Broadcasting Group” (BSkyB) televiziya şirkətinin iddialarına əsasən belə addım atılıb. Televiziya şirkəti “Microsoft”u ona məxsus "Sky" brendinin hüquqlarını pozmaqda ittiham edib.
 
2013-cü ildə Böyük Britaniyada yerləşən məhkəmə televiziya şirkətinin xeyrinə qərar çıxarıb. “Microsoft” korporasiyasının qarşısına “SkyDrive” xidmətinin adını dəyişdirmək öhdəliyi qoyulub və yeni ad seçimi ilə bağlı vaxt verilib.
 
Proqram nəhənginin nümayəndələri deyib ki, xidmətin adının dəyişdirilməsi fayl saxlancının işinə təsir etməyəcək. Şirkətdən bildirilib ki, "OneDrive" sözü xidmətin konsepsiyasını düzgün əks etdirir: bu, vacib məlumatların saxlanılması üçün vahid yerdir.
 
“SkyDrive” xidməti istifadəçiyə “bulud”da ödənişsiz 7 QB disk yeri təklif edir. Bununla belə,  əlavə disk yeri üçün pul ödəmək lazımdır. Fayl saxlanc xidməti “Windows 8.1” əməliyyat sistemində istifadə olunur: orada istifadəçi məlumatları və sazlamalar saxlanılır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL