waplog

“iPhone” istehsalçısının üzünü güldürmədi


“Apple” şirkətindən bildirilib ki, yeni il qabağı “iPhone” və “iPad” məhsullarının satış həcmi yeni rekord qırıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət tərəfindən elan edilmiş statistik göstəricilərə əsasən, 2013-cü ilin son rübündə “Apple” 51 milyon “iPhone” smartfonu satıb.
 
Analitiklər isə bu göstəricini 54.7 milyon səviyyəsində proqnozlaşdırmışdılar. İnvestorlar bu faktı mənfi qəbul ediblər və rüblük məlumatların dərcindən sonra şirkətin səhmlərinin qiyməti 9,9% azalaraq 550,50 dollar təşkil edib.
 
Analitiklərin müşahidələri göstərir ki,  istifadəçilər yeni il qabağı həvəslə yeni “iPhone” modellərini satın alıblar. Bununla belə, bütün ekspertlər bu fikirlə həmrəydirlər, “iPhone” istehsalçısı üçün bazarda rəqabət getdikcə çətinləşir. Çünki mövcud bazarda bütün qiymət kateqoriyalarında smartfonlar mövcuddur. Məsələn, “Samsung” şirkəti bahalı qiymətə bir sıra yeni modellər təqdim etdiyi halda, Çinin “Lenovo” və “ZTE” şirkətləri daha ucuz modellər istehsal edir.
 
Dördüncü rübdə şirkətin mənfəəti 13,1 milyard dollar və ya 1 səhm üçün 14,50 dollar təşkil edib ki, bu da şirkətin bir il əvvəlki göstəricisinə uyğundur. Bununla yanaşı, şirkətin satış həcmi isə 5,7% artaraq 57,6 milyard dollar təşkil edib.
 
İnvestorların fikrincə, yeni nəticələr ondan xəbər verir ki, “Apple” artıq “Apple TV” smart televizorları və ya  “iWatch” smart saatları kimi yeni məhsullara üstünlük verməlidir.
 
“Strategy Analytics” analitik şirkətindən bildirilib ki, “iPhone” smartfonlarının satış həcminin artması artıq smartfon bazarının artım sürətinə uyğun deyil.
Belə ki, bir ildə “iPhone” qurğularının satış həcmi 13%, halbuki smartfon bazarının həcmi 41% artıb.
 
Bir ildə “Apple” şirkətinin bazar payı 19-dan 15%-dək azalıb, bunun əksinə olaraq, “Samsung” şirkətinin bu göstəricisi heç dəyişməyib və 32% olub.
 
Bütün bunlara baxmayaraq, Çində dünyanın ən böyük operatoru “China Mobile” şəbəkəsində “iPhone”un satışlarına start verilməsi fonunda cari rübdə artım gözlənilir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL