waplog

Mütəxəssislər “USB 3.1” portunu uğurla sınaqdan keçiriblər


“ASMedia Technology” şirkətinin mütəxəssisləri bu yaxınlarda təcrübədə “USB 3.1”  yüksəksürətli portun işini uğurla sınaqdan keçiriblər.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, sınaq zamanı məlum olub ki, port məlumatları 10 Qbit/s sürətlə ötürə bilir ki, bu da “USB 3.0” portunun keçirtmə qabiliyyətindən 2 dəfə çoxdur.

Xatırladaq ki, “USB 3.1” portlarının müxtəlif qurğulara tətbiqinə artıq bu il başlanmalıdır və bu proses kifayət qədər sürətlənməlidir, çünki bu portlar “USB 3.0”, hətta “USB 2.0” ilə uyğundur. Bundan başqa, “USB 3.1” spesifikasiyası çərçivəsində ikitərəfli “USB” konnektorun hazırlanması üzərində iş aparılır.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL